Əyrisubat

Əyrisubat – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin digər adı “Əyrisifət”dir. Kənd 1940-cı ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “ayrılmış”, “əyri-üyrü” mənasında işlənən “əyri” sözü ilə “malların su içdikləri yer”, “çayda göldə heyvan suvarılan və ya su götürülən yer” mənasında işlənən “suvat” sözünün birləşməsindən əmələ gəlmişdir.