Əsədov Ağamir

“Atamın dediklərinə görə, 1918-ci il qırğınları zamanı ermənilər Vedi rayonunun Şahablı kəndini ələ keçirmişdilər. Abbasqulu bəy Şadlinski ermənilərə qarşı mübarizə aparmaq üçün sakinlərin Çimən kəndinə toplaşmağını tapşırdı. Şahablı ilə Çimən kəndləri arasındakı məsafə 4-5 km idi. Çimən kəndinə toplaşan zaman Şahablı kəndinin əhalisinə qarşı divan tutulduğunun xəbəri gəldi. Abbasqulu bəy Şadlinski gəncləri toplayıb, 3 qrup yaratdı. Bundan başqa erməni hücumları zamanı Qədirli kəndi də məhv edilmiş və kənd əhalisinə divan tutulmuşdur.”