Əkərək

Əkərək – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 80 km cənub-qərbdə, Araz çayın sol tərəfində, dəniz səviyyəsindən 650 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Burada ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1931-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. Kənddə yaşayan azərbaycanlılar SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür–Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim əkər (akar) türk tayfa adı əsasında əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Aqarak” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 38°51′ şm. e., 46°11′ ş. u.